Ana səhifə / Cəmiyyət / Göygöldə 21 yaşlı qadın dərmandan zəhərlənərək ölüb Göygöldə 21 yaşlı qadın dərmandan zəhərlənərək ölüb 06.11.2022, 09:10 Nərmin Qocamanlı Göygöldə 21 yaşlı qadın zəhərlənmə diaqnozu ilə yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib. "Operativ Media" xəbər verir ki, Göygöl rayon sakini, 2001-ci il təvəllüdlü İ.Əliyeva tibbi dərmandan zəhərlənib. O, xəstəxanaya yerləşdirilib və həkimlər tərəfindən tibbi yardım göstərilib. Lakin vəziyyəti ağır olduğundan həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.