Şuşada Azərbaycan Özbəkistan Birgə Hökumətlərarası Komissiyasının iclası keçirilib
Nərmin Qocamanlı
Şuşada Azərbaycan Özbəkistan Birgə Hökumətlərarası Komissiyasının iclası keçirilib.
"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tviterdə bildirib:
"Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratovla Azərbaycan Özbəkistan Birgə Hökumətlərarası Komissiyasının Şuşada keçirilən 12-ci iclasına həmsədirlik etdik".
"Ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrin şaxələndirilməsi, sənaye, energetika, kənd təsərrüfatı sahəsində əməkdaşlığın və qarşılıqlı investisiyaların təşviqi istiqamətində həyata keçirilən tədbirləri dəyərləndirdik", - o, qeyd edib.
Nərmin Qocamanova
Teqlər:
"Şuşada Azərbaycan Özbəkistan Birgə Hökumətlərarası Komissiyasının iclası keçirilib"