Menyu

Sürücünü bıçaqla hədələyib pulunu alan şəxs saxlanılıb

Redaksiya
Sürücünü bıçaqla hədələyib pulunu alan şəxs saxlanılıb

İyunun 29-da Sumqayıt şəhəri Qurd dərəsi bağlar sahəsində “Khazar” markalı bir avtomobildə sərnişinin sürücünü bıçaqla hədələyərək 300 manatını talaması barədə polisə məlumat daxil olub. 

"Operativ Media" xəbər verir ki, Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şahin İsgəndərov müəyyən olunaraq saxlanılıb.
Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

Teqlər:

"Sürücünü bıçaqla hədələyib pulunu alan şəxs saxlanılıb"

Əlaqəli Xəbərlər