Ana səhifə / Cəmiyyət / Naxçıvanda dünən baş vermiş qəzada ölənlərin sayı səkkizə çatıb Naxçıvanda dünən baş vermiş qəzada ölənlərin sayı səkkizə çatıb 27.06.2023, 21:39 Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayı 8-ə çatıb. "Operativ Media" APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində xəsarət almış daha 6 nəfərdən ikisi bu gün dünyasını dəyişib. Belə ki, reanimasiyada olan 1992-ci il təvəllüdlü Cəlil Musa oğlu Əliyev və 2018-ci il təvəllüdlü Xanlar Torğul oğlu Sultanov vəfat edib. Qeyd edək ki, faktla bağlı Naxçıvan MR Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi açılıb. Teqlər: "Naxçıvanda dünən baş vermiş qəzada ölənlərin sayı səkkizə çatıb"
01.03.2026, 12:39 İrandan 5 Tacikistan vətəndaşı, Səudiyyə Ərəbistanının diplomatları Azərbaycana təxliyə edilib