Menyu

Nəsimi rayonunda uşaq bağçasının anbarında yanğın olub

Nəsimi rayonunda uşaq bağçasının anbarında yanğın olub

Bakı şəhərinin Nəsimi rayonunda uşaq bağçasının ərazisində yanğın olub.

FHN-dən "Operativ Media"ya verilən məlumata görə, uşaq bağçasının ərazisində ümumi sahəsi 40 m² olan tikilinin (anbar kimi istifadə olunur) yanar konstruksiyaları və içərisində istifadəyə yararsız əşyalar yanıb. 

Yaxınlıqdakı tikililər və ağaclar yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
 

Teqlər:

"Nəsimi rayonunda uşaq bağçasının anbarında yanğın olub"

Əlaqəli Xəbərlər