Bakıda 4 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib - FOTO
Bakının Heydər Əliyev prospektində zəncirvari qəza olub.
"Operativ Media" Qafqazinfo-ya istinadən xəbər verir ki, qəza zamanı 4 avtomobil bir-birinə çırpılıb.
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, qəza nəticəsində ölən və ya ağır xəsarət alan olmayıb:
“Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Avtomobillər ərazidən kənarlaşdırılaraq, yolda hərəkət tam bərpa olunub. Faktla bağlı araşdırma aparılır”.
Teqlər:
"Bakıda 4 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib - FOTO"