Menyu

Yevlaxda evdə yanğın olub, xəsarət alan var

Yevlaxda evdə yanğın olub, xəsarət alan var

Yevlax şəhərində ümumi sahəsi 182 m² (hər mərtəbəsi 91 m²) olan ikimərtəbəli dördotaqlı evdə yanğın olub.

"Operativ Media" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, eyvanda həcmi 3 litr olan məişət qaz balonunun başlıq hissəsi və sızan maye qaz yanıb.

"Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə qeyd olunub.

Teqlər:

"Yevlaxda evdə yanğın olub xəsarət alan var"

Əlaqəli Xəbərlər