Ana səhifə / Cəmiyyət / Son 9 ayda Gürcüstandan 15 Azərbaycan vətəndaşı deportasiya edilib Son 9 ayda Gürcüstandan 15 Azərbaycan vətəndaşı deportasiya edilib 02.11.2022, 11:31 Nərmin Qocamanlı Bu il Gürcüstandan 15 Azərbaycan vətəndaşı deportasiya edilib. "Operativ Media" xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) hesabatında məlumat verilib Məlumata görə, onlardan 2-si yanvar-mart, 9-u aprel-iyun, 4-ü isə iyul-sentyabr aylarında deportasiya edilib. Qeyd olunub ki, bu il Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarından 11-i kişi, 4-ü qadın olub.