Biləcəridə qadının pulunu quldurluq yolu ilə talayan şəxs saxlanılıb
Redaksiya
İyunun 13-də Biləcəri qəsəbəsi ərazisində bir qadının 110 manat pulunun və mobil telefonunun quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
"Operativ Media" xəbər verir ki, Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əziz Paşayev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Teqlər:
"Biləcəridə qadının pulunu quldurluq yolu ilə talayan şəxs saxlanılıb"