Menyu

ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırır

ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırır

ABŞ hakimiyyəti Ukraynaya əlavə hava hücumundan müdafiə və sursat daxil olmaqla 2,1 milyard dollarlıq yeni hərbi yardım paketi təqdim etmək qərarına gəlib.

"Operativ Media" xəbər verir ki, bu barədə Pentaqonun yaydığı bəyanatda deyilir.

Bu silahlar ABŞ tərəfindən istehsalçılardan və ya tərəfdaşlardan alınaraq Ukraynaya təhvil veriləcək. Söhbət xüsusilə “Hawk” zenit-raket sistemlərindən, 105 mm və 203 mm çaplı artilleriya mərmilərindən, “Puma” pilotsuz təyyarələrindən, lazer yönləndirmə sisteminə malik raket sistemlərindən gedir.

Bundan əlavə, ABŞ tərəfi Ukrayna hərbçilərinə texnikanın hazırlanmasında yardım etməyə hazırdır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər