“Neftçi” və “Zirə”nin II təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib
Operativ Media
UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Operativ Media xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycan klublarının növbəti raunddakı potensial rəqibləri müəyyənləşib.
“Neftçi” bu raundda "Dinamo" (Minsk, Belarus) - "Sileks" (Şimali Makedoniya) cütünün qalibi ilə qarşılaşacaq.
“Zirə” isə ilk mərhələdə Gürcüstanın “Torpedo” kollektivini mübarizədən kənarlaşdıracağı halda, "Hegelmann" (Litva) - "Payde" (Estoniya) cütünün ən güclüsü ilə üz-üzə gələcək.
Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları iyulun 23-də, cavab görüşləri isə iyulun 30-da baş tutacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net