Menyu

Türkiyənin 54 vilayətində əməliyyat keçirilib

Operativ Media
Türkiyənin 54 vilayətində əməliyyat keçirilib

Türkiyənin 54 vilayətində sosial media platformaları üzərindən muzdlu qatil və cinayətkar qruplaşmaları tərifləyən şəxslərə qarşı keçirilən əməliyyatlarda 258 şübhəli saxlanılıb.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Əməliyyatlarda saxlanılan şübhəlilərin ünsiyyət platformalarında yaradılan qruplar vasitəsilə muzdlu qatil cəlb etmə və ya muzdlu qatillik işi görməyə yönəlmiş paylaşımlar etdikləri, sosial media hesabları üzərindən cinayət və cinayətkarı tərifləyən, təhdid, təhqir, qruplaşma təbliğatı məzmunlu paylaşımlar etdikləri aşkarlanıb.

"Sosial media üzərindən cinayətə təşviq edənlərə, cinayətkar qruplaşmaların təbliğatını aparanlara və gənclərimizi hədəf alan cinayətkar strukturlara qarşı mübarizəmizi qətiyyətlə davam etdiririk", - Türkiyə DİN-dən bildirilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər