Menyu

Fransa Ukraynaya humanitar yardım göndərəcək

Fransa Ukraynaya humanitar yardım göndərəcək

Fransa prezidenti Emmanuel Makron Kaxovka SES-in dağıdılması ilə bağlı Ukrayna xalqına dəstəyini bir daha təsdiqləyib və yaxın vaxtlarda təcili humanitar yardım göndərmək niyyətində olduğunu bildirib.

"Operativ Media"-nın məlumatına görə, bu barədə Fransa prezidenti öz "Twitter" səhifəsində yazıb.

"Prezident Zelenskiyə Ukrayna xalqı ilə birliyimizi bildirdim .Yaxın saatlarda təcili ehtiyacları qarşılayan yardım göndərəcəyik", - deyə o bildirib.

Yelisey Sarayının nümayəndəsindən verilən məlumata əsasən, Fransa gigiyena vasitələri, su təmizləyici avadanlıq və dərman preparatları da daxil olmaqla 10 tona yaxın humanitar yardım göndərməyi planlaşdırır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər