Menyu

Ərdoğan: “Yeni Nazirlər Kabinetinin işi asan deyil”

Ərdoğan: “Yeni Nazirlər Kabinetinin işi asan deyil”

“Biz də bilirik ki, yeni Nazirlər Kabinetinin işi asan deyil”.

"Operativ Media" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni tərkibdə olan Nazirlər Kabinetinin ilk iclasından sonra keçirdiyi mətbuat konfransı zamanı deyib.

“Türk əsri övladlarımıza qoyacağımız ən böyük miras olacaq. Kabinet üzvlərimiz təcrübə, bacarıq və səriştə baxımından türk əsrinin memarları arasında yer alacaq səriştələrə malikdir. Biz onu da bilirik ki, yeni kabinetimizin işi asan deyil. Bu çağırış yalnız öhdəsindən gəlməli olduğumuz məsələlərlə, əldə etməli olduğumuz hədəflərlə məhdudlaşmır. Söhbət qalmış mirasın daha da genişləndirilməsindən gedir. İnşallah, ölkəmizi hədəfləri ilə bir araya gətirmək üçün çox çalışacağıq”, - deyə Ərdoğan bildirib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər