Menyu

ABŞ Ukrayna SQ-nin əks-hücuma başladığını təsdiqləyib

ABŞ Ukrayna SQ-nin əks-hücuma başladığını təsdiqləyib

ABŞ hərbi peyklərindən əldə edilən məlumatlar sübut edir ki, Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatına başlayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə “The New York Times“ ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Adı açıqlanmayan ABŞ rəsmiləri iddia edirlər ki, ABŞ hərbi peykləri Ukrayna ordusunun mövqelərində aktivliyin artdığını qeydə alıb. Peyklərdə artilleriya atəşi və raket buraxılışlarını izləmək üçün infraqırmızı qurğular var.

Bundan əvvəl Ukrayna müdafiə nazirinin müavini Anna Malyar Ukrayna Silahlı Qüvvələrinin bəzi bölgələrdə hücum əməliyyatlarına keçdiyini bildirib. O əlavə edib ki, Baxmut hərbi əməliyyatların episentri olaraq qalır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər