Aİ-nin xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycana səfər edəcək
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycana səfər edəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə APA-ya Aİ-nin Xüsusi Nümayəndəsinin ofisindən məlumat verilib.
"Aİ-nin Xüsusi Nümayəndəsi, cənab Klaarın bu həftə ərzində həm Ermənistana, həm də Azərbaycana səfərləri gözlənilir. Bakı üçün hələlik dəqiq tarix təsdiqlənməyib, lakin bu səfər həftə ərzində, İrəvan səfərindən sonra olacaq", - məlumatda qeyd olunub.
Teqlər:
"Aİ-nin xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycana səfər edəcək"