Azərbaycan liderinə Olimpiya Evi Mükafatı təqdim olunub
Azərbaycan Prezidenti İlham Əliyevə Olimpiya Evi Mükafatı təqdim olunub.
"Operativ Media" xəbər verir ki, mükafatı iyunun 3-də Bakıda Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti Tomas Bax təqdim edib.
Mükafat dünyanın ən dayanıqlı binalarından biri olan Beynəlxalq Olimpiya Komitəsinin Lozannadakı yeni baş qərargahını əks etdirir.
Göyərçin formasında, dam örtüyündə günəş panelləri olan bina Beynəlxalq Olimpiya Komitəsinin dayanıqlılıq və sülhə sadiqliyini tərənnüm edir.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 3-də Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti Tomas Baxı qəbul edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net