Küveyt əmiri İlham Əliyevi təbrik edib
Nərmin Qocamanlı
Küveyt Dövlətinin Əmiri Nəvaf əl-Əhməd əl-Cabir əl-Sabah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
"Operariv Media" xəbər verir ki, təbrikdə deyilir:
“Cənab Prezident!
Dost ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə böyük məmnunluq hissi ilə ən səmimi təbriklərimi çatdırıram.
Bu fürsətdən istifadə edərək, ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin daha da inkişaf etməsini arzulayıram.
Sizə cansağlığı və səadət, dost ölkənizə və onun xalqına davamlı tərəqqi və rifah diləyirəm.
Zati-aliləri, yüksək ehtiramımı qəbul edin”.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net