Dövlət Departamenti Bakı və İrəvan arasında dialoqu alqışlayır
Redaksiya
ABŞ Dövlət Departamenti irəliləyiş əldə etmək üçün İrəvan və Bakı arasında açıq dialoqu qiymətləndirir.
"Operativ Media" xəbər verir ki, bunu adını açıqlamaq istəməyən ABŞ Dövlət Departamentinin rəsmisi “Amerikanın səsi” nin erməni xidmətinin sorğusuna cavabında deyib:
“Biz liderlərin Kişinyovda görüşü də daxil olmaqla, sülh sazişi üzrə tərəflər arasında aparılan danışıqlarda davamlı irəliləyişdən ruhlanırıq. Perspektivlərin tam dərk edilməsi də daxil olmaqla, irəliləyiş üçün açıq dialoq vacibdir. Biz dialoqu təşviq etməyə və davamlı sülhə nail olmaq üçün çalışdıqları müddətdə tərəfləri dəstəkləməyə davam edəcəyik”, - Dövlət Departamentinin rəsmisi cavabda bildirib.
Teqlər:
"Dövlət Departamenti Bakı və İrəvan arasında dialoqu alqışlayır"