Yenidən Türkiyənin Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan sabah parlamentdə and içəcək və həmin gün ölkənin yeni hökumətinin tərkibini açıqlayacaq.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya idarəsi məlumat yayıb. Xatırladaq ki, prezident seçkisinin ikinci turunda rəqib namizəd Kemal Kılıçdaroğluna qalib gələn Rəcəb Tayyib Ərdoğan növbəti 5 il Türkiyəyə rəhbərlik edəcək.