Menyu

Şarl Mişel beştərəfli görüşlə bağlı paylaşım edib

Şarl Mişel beştərəfli görüşlə bağlı paylaşım edib

“Praqa və Brüssel görüşlərindən sonra biz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün elementlərini müzakirə etməyə davam etdik”.

"Operativ Media" xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel tviterdə yazıb. “Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts ilə geniş müzakirəmiz oldu”, - deyə Mişel vurğulayıb. O, qeyd edib ki, öhdəlikləri yerinə yetirmək vacibdir. “Biz həmçinin iyulun 21-də Brüsseldə keçiriləcək növbəti görüşü də müzakirə etdik. Oktyabrda Qranadada EPC sammiti çərçivəsində Ermənistan, Azərbaycan, Almaniya və Fransa liderləri ilə müzakirələrin davam etdirilməsi təklifini təsdiqlədik”, - deyə Avropa İttifaqı Şurasının rəhbəri əlavə edib.

Teqlər:

"Şarl Mişel beştərəfli görüşlə bağlı paylaşım edib"

Əlaqəli Xəbərlər