Kişineu görüşü necə keçdi?
Kişineuda Azərbaycan, Ermənistan, Almaniya, Fransa və Avropa İttifaqı liderlərinin iştirakı ilə keçirilən beştərəfli, qeyri- rəsmi formatlı görüşün pozitiv müstəvidə keçdiyi bildirilir.
"Operativ Media" xəbər verir ki, görüşdə əsasən sülh müqaviləsi ilə bağlı danışıqların davam etdirilməsinin vacibliyi danışılıb. İyulun 21-də isə Brüsseldə növbəti üçtərəfli görüş keçiriləcək. Buna qədər Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqtonda növbəti görüşü də baş tutacaq. Vaşinqtondakı danışıqlarda əsas müzakirə mövzusunun sülh müqaviləsi olacağı barədə məlumat var. Brüssel formatında Şarl Mişelin vasitəsilə aparılan danışıqlar daha çox koordinasiya xarakteri daşıyır və əsas müzakirələrin bu üçtərəfli görüşdə aparıldığını qeyd eləmək mümkündür. Budəfəki görüşdə Fransa və Almaniyanın iştirakının isə ümumilikdə qeyri-formal xarakter daşıdığını izləmək mümkündür.
Teqlər:
"Kişineu görüşü necə keçdi?"