Dövlət başçısı: Azərbaycanın qaz tədarükü coğrafiyasının genişlənəcəyinə əminəm
Ötən il yarım ərzində Azərbaycana 10-dan çox ölkə təbii qaz tədarükünün artırılması və ya tədarükə başlamaqla bağlı müraciət edib.
"Operativ Media" Xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.
“Azərbaycanın qaz tədarükü coğrafiyasının genişlənəcəyinə əminəm. Çünki Azərbaycan qazına ehtiyac artır. Bizə ötən bir il yarım ərzində 10-dan çox ölkə ya tədarükün artırılması, ya da tədarükə başlamaqla bağlı müraciət edib. Əlbəttə, biz bütün dostlarımızın ehtiyaclarını qarşılamaq və şübhəsiz ki, bazar fürsətləri ilə investisiyaları koordinasiya etmək istəyirik”, - dövlət başçısı diqqətə çatdırıb.
Teqlər:
"Dövlət başçısı: Azərbaycanın qaz tədarükü coğrafiyasının genişlənəcəyinə əminəm"