İsveç Türkiyə ilə NATO-ya üzvlüklə bağlı məsləhətləşmələr aparıb
Redaksiya
NATO-nun Baş katibi Yens Stoltenberq və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
"Operativ Media" xəbər verir ki ,bu barədə Stoltenberq Tvitterdə bildirib. “Mən cənab Ərdoğanı seçilməsi münasibəti ilə təbrik etdim. Biz Vilnüsdə keçiriləcək NATO zirvə görüşünün əsas məsələlərini müzakirə etdik, Ukraynaya dəstəyimizi gücləndirməyi və İsveçin NATO-ya üzvlüyünü müzakirə etdik” – deyə Stoltenberq bildirib. Yeri gəlmişkən, Stokholm Türkiyədə keçirilən prezident seçkilərindən sonra NATO-ya üzv olmaq məsələsində Ankara ilə əlaqə saxlayıb. Bu barədə İsveçin baş naziri Ulf Kristersson ABŞ dövlət katibi Entoni Blinkenlə birgə mətbuat konfransında bildirib. "Bizim Türkiyəli tərəfdaşlarla bir sıra təmaslarımız olub, o cümlədən ötən bazar günü keçirilən prezident seçkilərindən sonra. Biz, əlbəttə ki, İsveçin NATO-ya daxil olması məsələsi ilə bağlı Türkiyə tərəfi ilə daimi təmasdayıq", - deyə baş nazir vurğulayıb.
Teqlər:
"İsveç Türkiyə ilə NATO-ya üzvlüklə bağlı məsləhətləşmələr aparıb"