“Azərbaycanın dünyada və regionda böyük təsirə malik olduğunu görürəm”
“Azərbaycanın dünyada və regionda böyük təsirə malik olduğunu görürəm”
“Operativ Media” xəbər verir ki,bu sözləri İsrail Dövlətinin Prezidenti İsxaq Hersoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında söyləyib.
“Bizim ortaq baxışımız var, mən Azərbaycanın dünyada və regionda böyük təsirə malik olduğunu görürəm. Siz mənə Azərbaycanın Avropanın enerji sektoruna, ümumilikdə regiona, Asiyaya, sözsüz ki, bizimlə əlaqəli Yaxın Şərqə təsiri barədə danışdınız. Biz İranın təhlükə və təhdid yaratdığı qlobal, regional təhlükəsizlik strukturuna nəzər saldıq, bu məsələni dərindən müzakirə etdik. Əlbəttə ki, biz elm, kənd təsərrüfatı və cənab Prezident, giriş nitqində qeyd etdiyiniz bir çox sahələrdə əməkdaşlığı inkişaf etdirmək imkanlarımızı səbirsizliklə gözləyirik.”-deyə İsxaq Hersoq bildirib.
Teqlər:
"“Azərbaycanın dünyada və regionda böyük təsirə malik olduğunu görürəm”"