"İsrail prezidentinin səfəri qarşılıqlı əlaqələrin genişlənməsindən xəbər verir"-politoloq
Prezident İlham Əiyevin dəvəti ilə İsrail prezidenti İshaq Hersoqun Azərbaycana rəsmi səfər etməsi uzun illər ərzində İsrail və Azərbaycan arasında mövcud olan dostluq və müttəfiqlik ənənələrinin daha bir nümunəsidir.
Bunu “Operativ Media”ya açıqlamasında politoloq Anar Əliyev bildirib.
"Onu da nəzərə alsaq ki, İsrail və Azərbaycan arasında bir çox istiqamətlərdə əlaqələr var. Azərbaycanın torpaqlaırnın işğalı zamanı beynəlxalq ictimaiyyətə və dünyaya çatdırılmasında, haqq ədalətin bərpa olunmasında verdyi töhvənin davamıdır. Çünki 44 günlük vətən müharibəsində Azərbaycan özünün haqq mövqeyini qoymaqla yanaşı həm də beynəlxalq müstəvidə tərəfdaşlarının dəstəyi ilə sözünü demiş oldu. Təbii ki, burda Azərbaycan dövləti haqq mübarizəsinin beynəlxalq güclər qarşısında dayanmasında İsrail dövlətinin və yəhudi lobbisinin böyük dəstəyi olmuşdur.”-deyə ekspert vurğulayıb.
Politoloqun sözlərinə görə, eyni zamanda İsrail 44 günlük vətən müharibəsində İsrailin müasir texnologiyalarla hazırlanmış silahlar hesabına Azərbaycan ordusu daha çevik və daha az itkilərlə ərazi bütövlüyünü təmin edə bilib. Bu münaisbət isə hər iki dövlətin qarşılıqlı maraqlarından irəli gələn və tarixi ənənələri olan bir münasibətdir. Anar Əliyev belə hesab edir ki, İsrail prezidentinin səfəri ilki ölkə arasındakı əlaqələri daha da agenişləndirəcək. “Əlaqələrin genişlənməsini bir sıra 3 cü dövlətlər özlərinə qarşı təhdid kimi qiymətləndirirlər. Amma mən hesab edirəm ki, bu cür mövqe qoyarkən Azərbaycan tərəfinin açıqlamalarını nəzərə almalıdılar. Azərbaycan dəfələrlə bəyan edib ki ,heçbir halda qonşu dövlətlərə qarşı güc tətbiq olunmasında öz ərazisindən istifadəyə icazə verilmiyəcək. Heçbir halda Azərbaycan öz maraqlarını qonşu dövlətlərin maraqlarına qurban verməyəcək.”-deyə politoloq bildirib.