Qaribaşvili: Aİ Gürcüstana ittifaqa üzv namizəd statusu verməsə, bu, böyük xəta olacaq
Redaksiya
Avropa İttifaqı (Aİ) ilin sonuna kimi Gürcüstana ittifaqa üzv namizəd statusu verməsə, bu, böyük xəta olacaq.
"Operativ Media" xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirib.
"Hesab edirəm ki, bu, ədalətsiz və həqiqətən də əsassız addımdır. Məsələn, buradan Rusiyaya göndərilən mesaj nədir? Yəni, biz avropalılar Ukrayna və Moldovadan iki-üç dəfə daha çox inkişaf edən Gürcüstanı qəbul etmirik. Əgər xidmətləri nəzərə alsaq, onda onlar görülən işlər əsasında Gürcüstana bu hüququ verməli idilər" - deyə baş nazir Bratislavada keçirilən Globsec Təhlükəsizlik konfransındakı çıxışında bildirib.
Teqlər:
"Qaribaşvili: Aİ Gürcüstana ittifaqa üzv namizəd statusu verməsə bu böyük xəta olacaq"