Ermənistan prezidenti: “Paşinyanin Azərbaycanin ərazi bütövlüyünü tanimasi mühüm mesajdir”
Baş nazir Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması mühüm mesajdır.
"Operativ Media" xəbər verir ki, bu sözləri Ermənistan prezidenti Vaaqn Xaçaturyan deyib. Yerli KİV-in məlumatına görə, Xaçaturyan Paşinyanla görüşündə hökumətin regionda sülhün bərqərar edilməsi siyasətini tam dəstəklədiyini bəyan edib. Nikol Paşinyan da öz növbəsində prezidentlə görüşləri vacib adlandırıb. Paşinyan hesab edir ki, xalq hakimiyyətin müxtəlif qolları və dövlət aparatının səmərəli fəaliyyəti arasında institusional əlaqəni görməlidir.
Teqlər:
"Ermənistan prezidenti: “Paşinyanin Azərbaycanin ərazi bütövlüyünü tanimasi mühüm mesajdir”"