Menyu

BMT 4 ölkədə “humanitar fəlakət” elan edə bilər

BMT 4 ölkədə “humanitar fəlakət” elan edə bilər

BMT 3 Afrika ölkəsi – Sudan, Mali və Burkina Fasoda, həmçinin Haitidə yüksək səviyyəli xəbərdarlıq elan edib.

"Operativ Media" xəbər verir ki, bildirilib ki, bu ölkələrdə qida təhlükəsizliyi risk altındadır. Sudanda davam edən silahlı toqquşmalar, digər ölkələrdə isə tətbiq edilən məhdudiyyətlər səbəbindən əhali aclıqla üzləşib. BMT-nin iki qurumu açıqlama yayıb ki, əgər müdaxilə edilməsə yaxın gələcəkdə adıçəkilən ölkələrdə “humanitar fəlakət” elan oluna bilər. Qurumdan verilən məlumata görə, bu ölkələrdən əlavə daha 22 ölkədə qida təhlükəsziliyi ilə bağlı vəziyyət olduqca acınacaqlıdır.

Teqlər:

"BMT 4 ölkədə “humanitar fəlakət” elan edə bilər"

Əlaqəli Xəbərlər