Menyu

Mövlud Çavuşoğlu: "Ermənistanla Azərbaycan arasında yaxın zamanda sülh sazişi imzalana bilər"

Mövlud Çavuşoğlu: "Ermənistanla Azərbaycan arasında yaxın zamanda sülh sazişi imzalana bilər"

"Ermənistanla Azərbaycan arasında yaxın zamanda sülh sazişi imzalana bilər".

"Operativ Media" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada çıxışı zamanı deyib.

O bildirib ki, bəziləri Qarabağın işğaldan azad olunmasından narahatdır: “CHP sədri Kamal Kılıçdaroğlu təqdim etdiyi xəritədə Türk yolu Azərbaycan keçmir. Niyə? Azərbaycandan nə istəyirsiniz? Bəlkə bunu sizdən Ermənistan istəyir? İnşallah, Türkiyə xalqı bütün bunlara layiqli cavab verəcək”.

M.Çavuşoğlunun sözlərinə görə, Ermənistan Azərbaycanla münasibətlərdə son zamanlar loyal addımlar atır: “Tərəflər artıq bir-birilərinin ərazi bütövlüyünü tanıyıblar. Əgər belə davam edərsə, yaxın zamanda sülh müqaviləsi imzalana bilər”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər