Menyu

Pentaqon: “Ukrayna pilotları üçün f-16 təlimləri yaxın həftələrdə başlanacaq”

Pentaqon: “Ukrayna pilotları üçün f-16 təlimləri yaxın həftələrdə başlanacaq”

Ukrayna pilotları üçün ABŞ istehsalı olan F-16 qırıcılarının təlimlərinə yaxın həftələrdə başlanılacaq.

"Operativ Media" xəbər verir ki, bunu Pentaqonun rəhbəri Lloyd Ostin deyib. O, Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun - “Ramştayn” formatının görüşündən sonra keçirilən mətbuat konfransında qırıcılarla bağlı bir çox məsələyə aydınlıq gətirib. Ostin bildirib ki, ukraynalı pilotlara F-16 qırıcılarından istifadə etməyi öyrətmək üçün Avropa qrupuna Danimarka və Niderland rəhbərlik edəcək. “Yaxın həftələrdə tərəfdaşlar təlim infrastrukturu yaradacaq və təlimlərə başlayacaqlar. F-16-lar Ukraynaya özünü uzunüddətli müdafiə üçün verilir və planlaşdırılan əks-hücum əməliyyatlarında bu qırıcılardan istifadə olunmayacaq.” – deyə Pentaqonun rəhbəri vurğulayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər