Meksikada vulkan həyatı iflic edib
Bir həftədən çoxdur püskürən Popokatepetl vulkanı Meksikada həyatı iflic edib.
"Operativ Media" xəbər verir ki, ətraf şəhərlər kül təbəqəsi altında qalıb, həmçinin qatı tüstü nəqliyyatın hərəkətinə çətinlik törədib. 25 milyon insanın yaşadığı bir coğrafiyanı əhatə edən vulkana görə məktəblər bağlanıb. Kraterdən püskürən közərmiş qaya parçalarına görə sarı rəngli xəbərdarlığın 3-cü fazası tətbiq edilib. Ordunun 6 mindən çox şəxsi heyəti hazır vəziyyətə gətirilib. Qeyd edək ki, aktiv vulkan paytaxt Mexikodan 50 km aralıda yerləşir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net