Menyu

Gəncədə kafeyə partlayıcı maddə atılıb

Redaksiya 623 baxış
Gəncədə kafeyə partlayıcı maddə atılıb

Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisindəki kafelərdən birinə partlayıcı maddə atılması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov "Operativ Media"ya bildirib ki, dərhal Baş Polis İdarəsinin və 2-ci Polis Şöbəsinin əməkdaşları hadisə yerinə cəlb olunub. Müvafiq araşdırmalar aparılır. Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı əlavə məlumat veriləcək

Teqlər:

"Gəncədə kafeyə partlayıcı maddə atılıb"

Əlaqəli Xəbərlər