Ana səhifə / İdman / Azərbaycan Premyer Liqasında "Qarabağ"ın futbolçusu yad ediləcək Azərbaycan Premyer Liqasında "Qarabağ"ın futbolçusu yad ediləcək 10.05.2023, 09:45 Əziz Əzizli Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIV turun oyunları bir dəqiqəlik sükutla başlayacaq. Bu barədə "Operativ Media"ya Peşəkar Futbol Liqasının media və marketinq direktoru Sənan Abdullayev məlumat verib. O, "Qarabağ"ın əvəzedici komandasının və Azərbaycanın U-21 millisinin vəfat edən oyunçusu Şirxan Həsənzadənin matçlarda yad olunacağını bildirib. Qeyd edək ki, Premyer Liqada XXXIV turun matçları 12, 13, 14 və 17 mayda olacaq. Teqlər: "Azərbaycan Premyer Liqasında \"Qarabağ\"ın futbolçusu yad ediləcək"