İraq "Ceyhan" limanı vasitəsilə neft ixracını gündə 500 min barelə çatdıracaq
İraq şimaldakı Kərkükdən Türkiyənin Aralıq dənizindəki Ceyhan limanına göndərilən neftin həcmini gündə 500 min barelə çatdıracaq.
Operativ Media xəbər verir ki, bu barədə İraq Neft Nazirliyi məlumat yayıb.
Bildirilib ki, mart ayının ortalarında İraq Kərkükdən Ceyhana nəql edilən gündəlik neft həcmini 250.000 barelə çatdırıb.
Məlumata görə, 6 apreldə İraq cənubdakı Bəsrə əyalətindən Ceyhan boru kəməri vasitəsilə nəql üçün Kürdüstan bölgəsinə gündə təxminən 90.000 barel neft nəql etməyə başlayıb və bununla da şimal quru yolu ilə nəql edilən neftin ümumi həcmi 340.000 barelə çatıb.
Bəsrə Neft Şirkətinin baş direktoru Bassem Abdel Kerim Nasser bildirib ki, İraqın ixrac strategiyasında məcburi dəyişiklik və şimal marşrutunun müvəqqəti alternativ kimi artan əhəmiyyəti "çətin təhlükəsizlik və əməliyyat vəziyyəti səbəbindən ölkənin cənubundakı paylama kanallarındakı fasilələri kompensasiya etmək zərurəti ilə əlaqədardır".