"Sabah" – "Beşiktaş" oyununa 20 min bilet satılıb
Əziz Əzizli
Bakıda keçiriləcək “Sabah” – “Beşiktaş” oyununa bilet satışı davam edir.
"Operativ Media" klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq 20 min bilet satılıb. Biletlərin qiyməti 5, 10, 15, 20, 50, 70 və 300 manatdır.
Mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Sabah” – “Beşiktaş” oyunu saat 18:00-da başlayacaq. Matçdan əldə olunan gəlir Türkiyədə zəlzələdən əziyyət çəkənlərə ianə ediləcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net