Ana səhifə / İdman / "Liverpul"un futbolçusu mövsümü erkən başa vurub "Liverpul"un futbolçusu mövsümü erkən başa vurub 03.05.2023, 12:06 Əziz Əzizli "Liverpul"un futbolçusu Tiaqo Alkantara üçün bu mövsüm erkən başa çatıb. "Operativ Media" "The Times" nəşrinə istinadən xəbər verir ki, ispan yarımmüdafiəçi ombasından kiçik əməliyyat olunacaq. O, zədəsini tam sağalda bilməyib. Buna görə iki ay (fevral-aprel) yaşıl meydanlardan uzaq qalıb və indi əməliyyatdan sonra əlavə müalicə alacaq. Qeyd edək ki, Tiaqo bu mövsüm Premyer Liqada 18 oyuna çıxıb. Teqlər: "\"Liverpul\"un futbolçusu mövsümü erkən başa vurub"