Türkiyədə Azərbaycan hərbçilərinin qarşılanma mərasimi keçirilib
Türkiyənin Qars şəhərində Heydər Əliyev adına təlimdə iştirak edəcək Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin 14-cü Mexanikləşdirilmiş Atıcı Briqada komandanlığının qarşılanma mərasimi keçirilib
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Qardaşlarımız gəldi, xoş gəldiniz. Heydər Əliyev adına təlimdə iştirak edəcək Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin 14-cü Mexanikləşdirilmiş Atıcı Briqada komandanlığımız tərəfindən qarşılanma mərasimi keçirilib. Mərasimdə bayrağın təhvil-təslim mərasimi də keçirilib", - nazirliyin məlumatında bildirilir.
Teqlər:
"Türkiyədə Azərbaycan hərbçilərinin qarşılanma mərasimi keçirilib"