Menyu

Ötən gün Tərtərdə baş verən mina partlayışının təfərrüatları məlum olub

Ötən gün Tərtərdə baş verən mina partlayışının təfərrüatları məlum olub

Tərtərin işğaldan azad edilən Talış kəndi ərazisində aprelin 28-də insan itkisi ilə nəticələnən mina partlayışının bəzi məqamları məlum olub.

“Operativ Media" xəbər verir ki, hadisənin baş verdiyi ərazi əvvəllər qoşunların təmas xətti olub.

“RPS Energy Ltd.” şirkətinin əməkdaşlarının hərəkət etdikləri yolda qalın ot örtüyü olub. Hadisənin baş verdiyi ərazidə tank əleyhinə mina basdırılıb. Avtomobil şahmat üsulu ilə basdırılmış minalardan birinin üstündən keçərkən partlayış baş verib.

Partlayan sursatın “TM62 PM” markalı tank əleyhinə mina olduğu ehtimal edilir.

Hadisə nəticəsində zərər çəkmiş şəxslər “RPS Energy Ltd.” şirkətinin əməkdaşları - 1981-ci il təvəllüdlü Səxavət Gözəlov, 1982-ci il təvəllüdlü Nadir Yusifov və 1996-cı il təvəllüdlü Fərid Sədiyevdir.

Faktla bağlı cinayət işi başlanıb.

Teqlər:

"Ötən gün Tərtərdə baş verən mina partlayışının təfərrüatları məlum olub"

Əlaqəli Xəbərlər