Menyu

"Qalatasaray"ın sabiq baş məşqçisi Bakıya gəlir

Əziz Əzizli
"Qalatasaray"ın sabiq baş məşqçisi Bakıya gəlir

Türkiyə millisinin və "Qalatasaray"ın sabiq baş məşqçisi Fatih Terim Bakıya gələcək.

"Operativ Media" xəbər verir ki, o iyunun 17-də Bakı Konqres Mərkəzində sevənləri ilə görüşəcək.

Terim 2000-ci ildə "Qalatasaray"la UEFA Kubokunu qazanıb. O, 1996-2000, 2002-2004, 2011-2013 və 2017-2022-ci illərdə "cim-bom"u çalışdırıb.

Mütəxəssis 1993-1996, 2005-2006, 2006-2009 və 2013-2017-ci illərdə Türkiyə yığmasına başçılıq edib.

Teqlər:

"\"Qalatasaray\"ın sabiq baş məşqçisi Bakıya gəlir"

Əlaqəli Xəbərlər