MN: “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilir
Nərmin Qocamanlı
2023-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilir.
"Operativ Media" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Müxtəlif mərhələlərdən ibarət yarışda hərbi qulluqçular “Rahat olmayan vəziyyətdən atış”, “Snayper müdafiədə”, “Snayper hücumda”, "Snayper estafeti” və digər mövzular üzrə çalışmalarda öz bacarıqlarını nümayiş etdirirlər.
Yarışın keçirilməsində əsas məqsəd hərbi qulluqçuların hazırlıq səviyyəsinin yoxlanılması, Azərbaycan Ordusunda "Ən yaxşı snayper"in müəyyən olunmasıdır.
Teqlər:
"MN: “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilir"