Menyu

Bakıda Azərbaycan və Rusiyanın hərbi hüquqşünaslarının işgüzar görüşü keçirilib

Nərmin Qocamanlı
Bakıda Azərbaycan və Rusiyanın hərbi hüquqşünaslarının işgüzar görüşü keçirilib

 

Azərbaycan Respublikası və Rusiya Federasiyası Müdafiə nazirlikləri arasında imzalanmış illik hərbi əməkdaşlıq planına əsasən, Bakıda hər iki ölkənin hərbi hüquqşünaslarının işgüzar görüşü keçirilib.

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, görüşdə Azərbaycan-Ermənistan sərhədində və Qarabağ iqtisadi rayonunda ermənilərin təxribatları barədə Rusiya nümayəndə heyətinə məlumat verilib. Beynəlxalq humanitar hüququn tətbiqi və digər məsələlərə dair müzakirələr aparılıb.

Həmçinin hüquq xidmətinin təşkili, hərbi qanunvericilik və hərbi hüquqşünasların xidməti fəaliyyəti sahəsində qazanılan təcrübəyə dair qarşılıqlı fikir mübadiləsi aparılıb.

Teqlər:

"Bakıda Azərbaycan Rusiyanın hərbi hüquqşünaslarının işgüzar görüşü keçirilib"

Əlaqəli Xəbərlər