Menyu

Allahşükür Paşazadə: Erməni katolikosu din ilə siyasətin yerini səhv salıb

Redaksiya
Allahşükür Paşazadə: Erməni katolikosu din ilə siyasətin yerini səhv salıb

Azərbaycanla düşmən dili ilə danışmaq olmaz. Erməni katolikosu din ilə siyasətin yerini səhv salıb.

"Operativ Media" xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə söyləyib. 
O qeyd edib ki, erməni katolikosunun açıqlamaları din adamlarına uyğun olmayan açıqlamadır.

"Din adamları müharibə üçün deyil, sülh üçün çalışmalıdır. Erməni katolikosunun yeni müharibə çağırışları onun siyasi ambisiyaların qurbanına çevrilməsindən irəli gəlir”, - deyə şeyxülislam vurğulayıb.
Azərbaycanın həmişə dünyanı dostluğa çağırdığını söyləyən A.Paşazadə, həmçinin qeyd edib: "Biz erməni kilsəsini də dostluğa, barışığa çağırırıq".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər