Menyu

Prezident: İlin üç ayında əldə edilmiş nailiyyətlər büdcəyə əlavələr olunmasına imkan verir

Nərmin Qocamanlı
Prezident: İlin üç ayında əldə edilmiş nailiyyətlər büdcəyə əlavələr olunmasına imkan verir

Hazırda infrastruktur layihələri davam etdirilir. Bu ilin üç ayında əldə edilmiş nailiyyətlər imkan verir ki, biz büdcəyə əlavələr edək.

"Operativ Media" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, büdcə dürüstləşməsi aparmaq və Milli Məclisə təqdim etmək üçün hökumətə göstəriş verilib. Vergi xidməti və gömrük sektoru xətti ilə üç ay ərzində proqnozdan əlavə 1,5 milyard manat vəsait yığıldığını vurğulayan Prezident İlham Əliyev deyib: “Əlbəttə ki, biz ilin ancaq üç ayını başa vurmuşuq, ilin sonuna qədər, təbii ki, bu rəqəm artacaq. Ona görə işləri sürətləndirmək və ölkə qarşısında duran digər vəzifələri yerinə yetirmək üçün, hesab edirəm ki, büdcə dürüstləşməsi aparılmalıdır”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər