Menyu

Çavuşoğlu: Ərdoğan Ukraynada sülhə nail olmaq üçün böyük səylər göstərir

Çavuşoğlu: Ərdoğan Ukraynada sülhə nail olmaq üçün böyük səylər göstərir

Bir çox ölkə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın növbəti seçkilərdə də qalib gəlməsini istəyir.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O qeyd edib ki, Türkiyə lideri Rusiya-Ukrayna müharibəsində sülhə nail olmaq üçün böyük səylər göstərir, taxıl dəhlizinin yaradılmasına nail olub.

“Münaqişələrin 60%-i ətrafımızdadır. Artıq dünyada birqütblülük yoxdur, çoxqütblülük var. Yeni bir nizam qurulur. Mövcud sistem kifayət deyil. Bu yeni nizamda təsir dairələri müəyyən edilir və Türkiyənin bu yarışda daha sabit və güclü olması lazımdır”, - nazir vurğulayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər