Azərbaycan və Bosniya və Herseqovina iqtisadi əməkdaşlığının genişləndirilməsini müzakirə edib
Nərmin Qocamanlı
Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov Bosniya və Herseqovinanın xarici ticarət və iqtisadi əlaqələr naziri Staşa Koşaraç ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə nazir tviterdə bildirib.
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Bosniya və Herseqovinada işçi səfərdəyik. Bosniya və Herseqovinanın xarici ticarət və iqtisadi əlaqələr naziri Staşa Koşaraç ilə ölkələrimizin iqtisadi əməkdaşlığının genişləndirilməsi, qarşılıqlı sərmayələrin və biznes dairələri arasında birbaşa təmasların artırılması barədə fikir mübadiləsi apardıq", - M. Cabbarov qeyd edib.
Teqlər:
"Azərbaycan və Bosniya və Herseqovina iqtisadi əməkdaşlığının genişləndirilməsini müzakirə edib"