Menyu

Aqil Abbas: “Prezidentin təltifi mənim üçün sürpriz oldu”

Nərmin Qocamanlı
Aqil Abbas: “Prezidentin təltifi mənim üçün sürpriz oldu”

"Mən çox sevincliyəm, dövlət başçımız əməyimizi dəyərləndirdi".

Bu sözləri “Operativ Media”ya açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.

“Cənab Ali Baş Komandanın bu təltifi mənim dövlətçiliyə, xalqa daha yaxşı xidmət etmək üçün məsuliyyətimi, öhdəliyimi daha da artırdı. Mən həmişə dövlətimin, millətimin qulluğundayam. Bu mənim üçün sürpriz oldu" – deyə, deputat qeyd edib.

Xatırladaq ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Aqil Məhəmməd oğlu Abbasovu (Aqil Abbas) 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

 

Ayşən Azadova

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər