Çin ən çox əhalisi olan ölkə titulunu itirir
Nərmin Qocamanlı
Hindistan əhalisinin aprelin ikinci rübündə 1 milyard 423 milyon nəfərə çatacağı və Çini keçəcəyi gözlənilir.
"Operativ Media" xarici KİV-ə istinadən xəbər verir ki, BMT-nin açıqladığı hesablamalara görə, Hindistan aprelin sonunda dünyanın ən çox əhalisi olan ölkə olacaq.
Bildirilib ki, Hindistan əhalisinin 1 milyard 423 milyon nəfəri keçəcəyi proqnozlaşdırılır.
Çin Dövlət Statistika İdarəsinin məlumatına görə, ölkə əhalisi 1960-cı illərdən bəri ilk dəfə olaraq 850 min nəfər azalıb.
Qeyd edək ki, Çinin əhalisi hazırda təxminən 1 milyard 412 milyon nəfərdir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net