Ərdoğan F-35 proqramı ilə bağlı ABŞ-dən müsbət nəticə gözləyir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin ABŞ-nin yeni nəsil F-35 qırıcılarının istehsalı proqramına qayıdacağına əminliyini ifadə edib.
Operativ Media xəbər verir ki, o, bu haqda 7-8 iyul tarixlərində Ankarada keçirilən NATO sammitinin yekunlarına dair "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"İnanıram ki, hörmətli dostum, ABŞ Prezidenti Donald Tramp ilə apardığımız konstruktiv və səmərəli müzakirələr müdafiə sənayesi sahəsində, xüsusilə də milli qırıcımız "Kaan" və F-35 proqramı ilə bağlı ölkəmizin gözləntilərinə uyğun konkret nəticələr verəcək", - deyə o, qeyd edib.
Daha əvvəl sammitin yekun mətbuat konfransında çıxış edən Türkiyə lideri Trampın Türkiyəyə F-35 qırıcılarının tədarükünə müsbət yanaşdığını bildirib. ABŞ Prezidenti isə öz növbəsində bu məsələ ilə bağlı hələlik yekun qərar vermədiyini bəyan edib.
Türkiyə 2017-ci ildə Rusiyadan 2,5 milyard dollar dəyərində dörd divizion S-400 zenit-raket kompleksi alıb. 2019-cu ilin oktyabrında "Rosoboronexport" şirkəti ("Rostex" dövlət korporasiyasının tərkibinə daxildir) sistemlərin tədarükü müqaviləsinin tam yerinə yetirildiyini açıqlayıb. Türkiyə ilə Rusiya arasında S-400 alqı-satqısı barədə müqavilə imzalandıqdan sonra Ankara ABŞ-nin qırıcı təyyarələrin yaradılması proqramından çıxarılıb.