Menyu

Çin BMT-də Ukrayna ilə bağlı sülh çağırışı edib

Operativ Media
Çin BMT-də Ukrayna ilə bağlı sülh çağırışı edib

Çin dinc əhaliyə qarşı hücumları pisləyir və Ukraynadakı münaqişə tərəflərini danışıqları mümkün qədər tez bərpa etməyə çağırır.

Operativ Media xəbər verir ki, bu barədə ÇXR-in BMT-dəki daimi nümayəndəsinin müavini Sun Ley bəyan edib.

​"Çin günahsız mülki şəxslərə qarşı hücumları pisləyir, həmçinin aidiyyəti tərəfləri dinc əhaliyə və mülki infrastruktura zərbələr endirməyi dayandırmağa çağırır. Tərəflər təmkin nümayiş etdirməli, beynəlxalq humanitar hüquqa ciddi əməl etməli, hərtərəfli, davamlı və məcburi xarakter daşıyan sülh sazişinin imzalanmasına nail olmaq üçün dialoq və danışıqları mümkün qədər tez bərpa etməlidirlər", — deyə Sun Ley bildirib.

​O, həmçinin qeyd edib ki, münaqişənin nizamlanması zamanı tərəflərin təhlükəsizlik sahəsindəki qarşılıqlı narahatlıqları nəzərə alınmalı, böhranın köklü səbəbləri BMT Nizamnaməsinin prinsiplərinə uyğun olaraq aradan qaldırılmalı, balanslaşdırılmış və dayanıqlı regional təhlükəsizlik arxitekturası formalaşdırılmalıdır. Onun sözlərinə görə, Çin bundan sonra da bütün tərəflərlə təmasları davam etdirmək və böhranın siyasi yolla nizamlanmasına töhfə vermək üçün konstruktiv rol oynamaq niyyətindədir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər